“Real Madrid” 33 yaşlı hücumçu ilə müqavilə imzaladı
19-06-2023, 14:23
7 406

“Real Madrid” 33 yaşlı hücumçu ilə müqavilə imzaladı

“Real Madrid” “Espanyol”un futbolçusu Xoselunu icarəyə götürüb.
“Kral klubu”nun saytının yaydığı məlumata görə, 33 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Madrid təmsilçisi növbəti mövsümün sonunda təcrübəli forvardı birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, “Real Madrid”in yetirməsi olan Xoselu İspaniya millisinin də üzvüdür.

Oxşar xəbərlər