İdman
20-06-2023, 18:26
6 371
Enrike baş məşqçi olsa, PSJ-dən getməyəcək
PSJ-nin hücumçusu Neymar ispan mütəxəssis Luis Enrike baş məşqçisi olarsa, komandada qalacaq.
Xarici media bildirir ki, mənbənin məlumatına görə, braziliyalı Enrikenin PSJ-yə rəhbərlik edə biləcəyini öyrəndikdən sonra klubda qalmağa qərar verib. Braziliyalı hücumçunun ispan mütəxəssislə əla münasibəti var.

Daha əvvəl bildirilirdi ki, Enrike PSJ-də uzunmüddətli layihə qurmaq niyyətində olduğundan məşhur futbolçuların klubdan getməsinin əleyhinə deyil. Məşqçi rəhbərliyin heyəti ona lazım olan futbolçularla gücləndirəcəyinə zəmanət verib.
Enrike Qətərdə keçirilən dünya çempionatında çıxış etdiyi və ötən ilin dekabrında ayrıldığı İspaniya millisinə rəhbərlik edib. Baş məşqçi buna qədər "Barselona", "Selta" və "Roma"da çalışıb.