İdman
27-06-2023, 18:44
15 796
“Mançester Siti”nin bu futbolçu üçün 105 milyonluq təklifi RƏDD EDİLDİ
“Mançester Siti”nin “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays üçün 105 milyon avroluq təklifi rədd edilib.
Bu barədə jurnalist David Ornstein məlumat verib.
Mənbənin sözlərinə görə, “Çəkiclər”in rəhbərliyi belə bir təklifdən təsirlənməyib və onlar tez bir zamanda ondan imtina ediblər. 24 yaşlı Raysı transfer etmək üçün favoritlərdən biri də əvvəllər təklifləri rədd edilən “Arsenal”dır.
Deklan Rays keçən mövsüm komandanın Konfrans Liqasını qazanmasına kömək edərək karyerasında ilk kubokunu qazanıb. Təxminən 10 ildir oynadığı “Vest Hem”lə müqaviləsi 2023/2024 mövsümünün sonunda başa çatır. Rays son mövsümdə 50 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.