“Qəbələ” növbəti transferini gerçəkləşdirdi
10-07-2023, 12:39
1 690

“Qəbələ” növbəti transferini gerçəkləşdirdi

“Qəbələ” klubu növbəti transferini gerçəkləşdirib.
Klub bildirir ki, komanda Rauf Hüseynlini transfer edib.
İyirmi üç yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb. Futbolçunun son klubu “Şamaxı” olub. Karyerasına “Qarabağ”da başlayan futbolçu “Zirə”də də forma geyinib.
Rauf Hüseynli Azərbaycan yığmalarında da çıxış edib. O, ölkəmizin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.

Oxşar xəbərlər