“Turan Tovuz”un futbolçusu milli komandası ilə gümüş medal qazandı
17-07-2023, 11:51
1 005

“Turan Tovuz”un futbolçusu milli komandası ilə gümüş medal qazandı

Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) Qızıl Kubokunun qalibi məlum olub.
Həlledici oyunda Meksika və Panama yığmaları üz-üzə gəliblər.
Görüş meksikalıların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 88-ci dəqiqədə Santyaqo Ximenes vurub.
Meksika tarixində 12-ci dəfə KONKAKAF Qızıl Kubokunun qalibi olub.
Qeyd edək ki, Panama millisində “Turan Tovuz”un müdafiəçisi Roderik Miller çıxış edir. Müdafiəçi bu görüşdə ehtiyatda qalsa da, gümüş medala sahib çıxıb.

Oxşar xəbərlər