Messi “İnter Mayami”də ikinci oyunda dubl etdi - VİDEO
26-07-2023, 10:18
3 212

Messi “İnter Mayami”də ikinci oyunda dubl etdi - VİDEO

Lionel Messi “İnter Mayami”nin heyətində meydana çıxdığı ikinci oyunda dubl edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
“İnter Mayami” - “Atlanta Yunayted” qarşılaşması Böyük Futbol Liqası (MLS) və Meksika çempionatı komandalarının iştirak etdiyi Liqalar Kuboku turnirinin qrup mərhələsi çərçivəsində baş tutub.
Oyun “İnter Mayami”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“İnter Mayami” - “Atlanta Yunayted” - 4:0
Qollar: Messi, 8 (1:0), Messi, 22 (2:0), Teylor, 44 (3:0), Teylor, 53(4:0)

Oxşar xəbərlər