Futbol üzrə qadınlardan ibarət millimiz bu gün növbəti oyununa çıxır
31-10-2023, 16:04
8 048

Futbol üzrə qadınlardan ibarət millimiz bu gün növbəti oyununa çıxır

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Siyasət Əsgərovun komandası C Liqasının 3-cü qrupunda Monteneqro ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 16:00-da başlayacaq. Bu komandaların Monteneqroda keçirilən ilk görüşündə yığmamız 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi 7 xalla qrup lideridir. Monteneqro isə 6 xalla 2-cidir.

Oxşar xəbərlər