İdman
2-11-2023, 14:02
7 869
Yığmamız bu gün 1/4 final oyununa çıxacaq
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/4 final oyunları keçiriləcək.
Turnirdə yoluna davam edən Azərbaycan millisi bu mərhələdə Bolqarıstanla qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Azərbaycan yığması qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda da Portuqaliya ilə oyun 3:0 hesabıyla millimizin xeyrinə başa çatıb.