“Qarabağ”ın futbolçusu 1 ildən sonra meydana çıxdı
4-11-2023, 17:44
14 792

“Qarabağ”ın futbolçusu 1 ildən sonra meydana çıxdı

“Qarabağ”ın futbolçusu Abbas Hüseynov 1 ildən sonra komandasının heyətində meydana çıxıb.

O, Ağdam komandasının “Kəpəz”ə qarşı keçirdiyi matçın 70-ci dəqiqəsində Toral Bayramovu əvəzləyib.

Ötən il qış fasiləsində zədələnən müdafiəçi bu mövsüm ilk dəfə meydançaya ayaq basıb.

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada “Qarabağ” 7:1 hesabı ilə qalib gəlir.

Oxşar xəbərlər