Ançelotti Arda Güləri meydana buraxmamasının SƏBƏBİNİ AÇIQLADI
6-11-2023, 13:38
2 010

Ançelotti Arda Güləri meydana buraxmamasının SƏBƏBİNİ AÇIQLADI

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Rayo Valyekano" ilə heç-heçə etdiyi matçda ilk dəfə heyətə saldığı Arda Gülərə şans verməməsinin səbəbini açıqlayıb.

Matçdan sonra "Real Madrid"in baş məşqçisi Ançelotti zədədən qayıdan gənc ulduz üçün tələsməyəcəklərini bildirib:

"Arda Güləri oynatmaq üçün uyğun fürsət olmayıb. Dünən bu haqda danışmışdıq, tələsməyəcəyik. O, tezliklə oynayacaq".

Real Madrid Çempionlar Liqasında növbəti oyununu noyabrın 8-də "Braqa" ilə keçirəcək. Madrid təmsilçisi La Liqanın 13-cü həftəsi noyabrın 11-də “Valensiya”nı qəbul edəcək.

Oxşar xəbərlər