İdman
6-11-2023, 14:20
6 140
Türkiyə Voleybol Federasiyasının prezidenti: Azərbaycanda bu idman növünün inkişafı üçün əlimizdən gələni edəcəyik
“Bu gün burada olduğumuz üçün çox sevincliyik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ Azərbaycan çempionatının 2023/2024-cü illər mövsümünün açılışından əvvəl keçirilən mətbuat konfransında deyib.
O, Azərbaycanda voleybolun inkişafı üçün əllərindən gələni edəcəklərini bildirib: “Azərbaycan bizim qardaş ölkəmizdir.
Voleybol federasiyaları arasında iş birliyi üçün müqavilə imzaladıq.
Azərbaycan voleybolu hər zaman dünya idmanına böyük töhfə verib. Hər mənada biz yenə də əl-ələ verərək nə lazımdırsa, edəcəyik”.