İdman
7-11-2023, 13:51
1 325
Polşa yığmasının 4 futbolçunu bara getdikləri üçün millidən qovuldu
Polşanın 17 yaşadək futbolçulardan ibarət 4 futbolçusu turnirdən əvvəl spirtli içki qəbul etdiyi üçün Dünya çempionatından kənarlaşdırılıb.
Bu barədə ölkənin “Nogomania” nəşri yazıb.
Oskar Tomçik, Filip Rozgi, Yan Labendzki və Filip Volski Balidəki barda sərxoş olublar. Futbolçular oteli tərk edərək məkana gediblər və məşqçilər korpusu onları yalnız səhər saatlarında aşkarlayıb.
Qeyd edək ki, Volski Polşanın yeniyetmələrdən ibarət yığmasının əsas oyunçusu sayılırdı.
Gənc futbolçuların bu əməli Polşa millisini çətin vəziyyətdə qoyub. FİFA-nın qaydalarına əsasən, turnir başlayan ərəfədə komandaların heyətində dəyişiklik edilməsi qadağandır.
FİFA polşalılarla bağlı istisna qərar verməsə, o zaman İndoneziyada keçiriləcək Dünya çempionatında məşqçilər korpusunun ixtiyarında cəmi 17 futbolçu olacaq. Həmin futbolçulardan da üçü qapıçıdır.