PSJ və "Milan" azarkeşləri arasında toqquşma - Bıçaqlanan var
7-11-2023, 15:19
1 522

PSJ və "Milan" azarkeşləri arasında toqquşma - Bıçaqlanan var

Çempionlar Liqasının IV turunun matçı öncəsi Milanda Fransa çempionu PSJ və İtaliya "Milan"ının azarkeşləri arasında toqquşma olub. 

Bu barədə "Football Italia" yazıb. 

PSJ azarkeşlərindən biri bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İtaliyalı azarkeşlərin qonaqlara hücum etdiyi bildirilir.

"Milan" - PSJ matçı noyabrın 7-də baş tutacaq.

Ötən tur "Milan" Parisdə PSJ-yə 0:3 hesabı ilə uduzub.

Oxşar xəbərlər