Ağdamda insanın kəllə sümüyü AŞKARLANDI
7-11-2023, 17:14
7 559

Ağdamda insanın kəllə sümüyü AŞKARLANDI

Noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər