İdman
10-11-2023, 12:04
1 431
Messi heyranı olduğu futbolçunun adını açıqladı
Tanınmış futbolçu Lionel Messi heyranı olduğu futbolçunun adını açıqlayıb.
Argentina millisinin və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi həmyerlisi, keçmiş futbolçu Pablo Aymara heyran olduğunu bildirib.
“O, “Valensiya”da idi, güclü komandanın olduğu “River Pleyt”də idi və bu komandada fərqlənirdi. Onun oyun tərzini həmişə bəyənmişəm. Əgər bizim üçün hər zaman birinci olan, başqalarından üstün olan Dieqo Maradonanı saymasaq, heyran olduğum məhz Pablo idi”, - deyə L.Messi müsahibəsində vurğulayıb.
Qeyd edək ki, yarımmüdafiəçi mövqeyində çıxış etmiş 44 yaşlı Pablo Aymar karyerası ərzində Argentinanın “River Pleyt”, İspaniyanın “Valensiya” və “Real Saraqosa”, Portuqaliyanın “Benfika” klubunda çıxış edib. O, Argentina millisinin heyətində 52 oyun keçirib.