“Liverpul”lu futbolçunun atası girovluqdan xilas olub - Foto
10-11-2023, 12:48
1 567

“Liverpul”lu futbolçunun atası girovluqdan xilas olub - Foto

“Liverpul”un ulduz futbolçusu Luis Diasın atası Luis Manuel Dias girovluqdan xilas olub.
Xarici mətbuat xəbər verir ki, o, azad edilərək Birləşmiş Millətlər Təşkilatının və Kolumbiyanın Valledupar şəhərindəki Katolik Kilsəsinin nümayəndələrinə təhvil verilib.
Xatırladaq ki,futbolçunun anası və atası Kolumbiyada partizan hərəkatı tərəfindən qaçırılmışdı. Hadisədən bir gün sonra hücumçunun anası tapılsa da, atasından xəbər yox idi.


Oxşar xəbərlər