İdman
13-11-2023, 17:32
6 764
"Neftçi"nin legioneri ölkəsinin millisinə dəvət alıb
"Neftçi"nin futbolçusu Kilan Lebon Sent Martin millisinə dəvət alıb.
"Ağ-qaralar"ın mətbuat xidmətindən verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi noyabrın 13-dən 21-dək keçiriləcək Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) üzrə Millətlər Liqasının oyunları üçün yığmaya cəlb edilib.
Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 2 oyuna çıxıb.