İdman
14-11-2023, 12:07
1 494
Azərbaycan gimnastları Avropa çempionatına yola düşüblər
Aerobika gimnastikası üzrə Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək 13-cü Avropa çempionatında mübarizə aparacaq.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəni Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova təmsil edəcəklər.
Gimnastlar artıq qardaş ölkəyə yola düşüblər.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 17-dən 19-dək təşkil olunacaq.