İsveçli baş məşqçi Azərbaycan millisini ciddi və iddialı rəqib adlandırıb
15-11-2023, 16:57
6 832

İsveçli baş məşqçi Azərbaycan millisini ciddi və iddialı rəqib adlandırıb

"Sabah bizi çətin rəqiblə oyun gözləyir".

Bu sözləri futbol üzrə İsveç millisinin baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

61 yaşlı isveçli mütəxəssis millimizin iddialı komanda olduğunu bildirib: “Belçika kimi, Azərbaycan da bizə görə iddialı rəqibdir. Sabahkı oyunda müsbət nəticə üçün çalışacağıq".

İsveçin "Hekken" klubunun Avropa Liqasında "Qarabağ"a qarşı keçirəcəyi matç barədə də danışan Y. Andersson əlavə edib: “Qarabağ” güclü komandadır, yaxşı çıxış edir. İnanıram ki, İsveç təmsilçisi də meydanda öz gücünü göstərə biləcək".

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.

Oxşar xəbərlər