"Gəncə"nin türkiyəli baş məşqçisi: "Sabah"la matçda sürpriz etmək istəyirik"
12-01-2024, 18:55
7 556

"Gəncə"nin türkiyəli baş məşqçisi: "Sabah"la matçda sürpriz etmək istəyirik"

"Sabah"a qarşı matçda sürpriz etmək istəyirik".

Bunu Azərbaycan Basketbol Liqasının X turunda "Sabah"la üz-üzə gələcək "Gəncə"nin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis matça səylə hazırlaşdıqlarını söyləyib: "Qış istirahəti ilə bağlı düşərgəni tərk edən basketbolçular kluba dönüblər. Bazar gününə qədər matça hazır olacağıq”.

Türkiyəli baş məşqçi bütün diqqətin həftəsonu reallaşacaq görüşə yönəldiyini bildirib: “Rəqibimiz liqanın səviyyəsindən üstün olan bir kollektivdir. Avrokubok yarışları üçün yığılmış heyətləri var. Bizim təqvimlə bağlı şanssızlığımız var. Startda ard-arda iddialılarla oynayırıq. Çempionatın 3 ən yaxşı klubu ilə indi də evdə qarşılaşacağıq. Liqanın əvvəlində tam olaraq hazır deyildik, zaman irəlilədikcə uyğunlaşma yarandı. Uşaqlar bir-birilərinə inanırlar. Öz meydanımızda oynamağın üstünlüyü də var. “Sabah”a qarşı matçda sürpriz etmək istəyirik. Gəncədəki oyunlarda rəqibləri çətin vəziyyətə salmağa çalışacağıq. Onları asan mübarizə gözləmir. Pley-off yolunda üstünlük qazanmaq istəyirik”.

Basketbolçuların fasilə müddətindəki fərdi hazırlığından da danışan Bedri Meriç oyunçuların çəki ilə bağlı probleminin yaranmadığını vurğulayıb: “Tətilə gedən oyunçuların məşq proqramını özüm izlədim. Hamısı tapşırıqlara uyğun çalışdılar. Fiziki cəhətdən hər hansı problem yoxdur. Məşqdən də geri qalmayıblar. Kluba yaxşı durumda qayıdıblar”.yd edək ki, noyabrın 14-də reallaşacaq "Gəncə" - "Sabah" qarşılaşması saat 18:00-da başlayacaq.

Oxşar xəbərlər