Qərar verildi: Ölümcül vəziyyətdə olan pasiyentlər xəstəxanaya yerləşdirilməyəcək
6-01-2021, 12:17
244

Qərar verildi: Ölümcül vəziyyətdə olan pasiyentlər xəstəxanaya yerləşdirilməyəcək

ABŞ-ın Los-Anceles şəhərində təcili yardım qruplarına vəziyyəti ağır olan koronaviruslu xəstələri daşımamaları tapşırılıb.
Bakıtv.az xəbər verir ki, həyatda qalma ehtimalı olmayan xəstələrlə bağlı Səhiyyə Xidmətləri İdarəsi tərəfindən belə bir qərarın verilməsinə səbəb reanimasiya şöbələrində boş yerin tapılmaması olub. 
Qurumun direktoru Marian Qauş Hill mətbuata verdiyi açıqlamada qeyd edib ki, tibb işçiləri həmişə olduğu kimi hadisə yerində əllərindən gələni edirlər və edəcəklər.

Oxşar xəbərlər