Ulduz aktrisanın üç aylıq körpəsi koronavirusa yoluxub
6-01-2021, 14:46
260

Ulduz aktrisanın üç aylıq körpəsi koronavirusa yoluxub

"Harry Potter" filmi ilə məşhurlaşan İngilis aktrisa Cessi Keyvin üç aylıq körpəsi koronavirusa yoluxub.
Xəstəxana otağından bir foto paylaşan Keyv övladı üçün dua edilməsini istəyib:
"Virusun mutasiyaya uğrayan növü ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə bağlı xəbəri xəstəxanada izlədim. Körpəm virusa yoluxub. Hazırda vəziyyəti yaxşıdır, bu mutasiya çox güclü və yoluxucudur. Ümid edirəm insanlar daha diqqətli olar. Xahiş edirəm övladım üçün dua edin".

Oxşar xəbərlər