ABŞ Konqresindəki qarşıdurmada yaralanan polis öldü
8-01-2021, 10:01
171

ABŞ Konqresindəki qarşıdurmada yaralanan polis öldü

Prezident Donald Trampın tərəfdarları tərəfindən ABŞ Konqresinə basqın zamanı qarşıdurmalarda ağır yaralanan bir polis məmurunun öldüyü bildirilib. 
Baş verən hadisələrdə 50-dən çox polis yaralananıb. Həmçinin başından vurulan polislərdən birinin bu gün öldüyü açıqlanıb. Ölən polisin şəxsiyyət məlumatları hələ paylaşılmasa da, Konqresdəki hadisələrdə həyatını itirənlərin sayı 5-ə yüksəlib. 

Konqresin Polis İdarəsi hadisələrə nəzarət edə bilməməsinə görə tənqid olunub. Təhlükəsizlik zəifliyi ilə bağlı müzakirələrdən sonra Konqresin Polis Şefi Steven Sundun vəzifəsindən istefa edəcəyi açıqlanıb. 

Oxşar xəbərlər