Səlcuq Bayraktar da "WhatsApp"ı sildi
10-01-2021, 10:58
269

Səlcuq Bayraktar da "WhatsApp"ı sildi

Sosial media platforması"WhatsApp"ın yeni tətbiqi onun istifadəçilərinin narazılığına səbəb olub.  
Türkiyədə "Twitter"də başladılan kampaniyaya "WhatsApp'ı silirik" etiketi ilə bir çox məşhur ad da qatılıb.
Belə ki, Prezident Ərdoğanın kürəkəni "Baykar" texniki meneceri Səlcuq Bayraktar "WhatsApp"ın "Facebook" ilə məlumat paylaşmağı məcbur edən siyasətinə reaksiya verib və "Twitter"də "Whatsapp"dan ayrıldığını bildirib.  Selçuk Bayraktar "WhatsApp" əvəzinə alternativlərdən istifadə edəcək
Bildirək ki, "WhatsApp" istifadəçiləri yeni məlumat paylaşma siyasətinə uyğun olaraq "Facebook" ilə məlumat paylaşmağa məcbur edir. İstifadəçilər bunu qəbul etmirsə, "WhatsApp" platformasından  istifadə etmək mümkün olmayacaq.
Beləliklə, milyonlarla insan "WhatsApp"dan başqa alternativ tətbiqetmələrini axtarmağa və yükləməyə başlayıb.  Həmçinin Bayraktar "WhatsApp" əvəzinə BIP istifadə etdiyini söyləyərkən, "Telegram" və digər tətbiqləri açıq mənbəli proqram olduğu üçün izah edib.  Bu açıqlamasını "Twitter"də paylaşıb. 
"Whatsapp’ı tətbiq etdiyi yeni məlumat siyasətinə görə tərk edirəm. İstifadə etdiyim mesajlaşma proqramları: BIP və "Telegram"dır",- deyə o bildirib. 

Oxşar xəbərlər