Dünya
11-01-2021, 12:49
172
Paşinyanın təyyarəsi Moskvaya endi
Ermənistan baş nazir Nikol Paşinyanın təyyarəsi Moskvanın "Vnukovo" hava limanına enib.
Məlumatı "RİA Novosti" yayıb. Ermənistan mətbuatı isə nümayəndə heyətində baş nazirdən başqa yüksək çinli diplomatın olmamasına diqqət çəkib. Üçtərəfli görüşün təqribən saat 13:00-14:00 arasında baş tutacağı deyilir.
Xatırladaq ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiyanın paytaxtı Moskva şəhərində görüş keçiriləcək.