Dünya
14-01-2021, 10:03
185
Çində 7 aydan sonra koronavirusdan ilk ölüm qeydə alındı
Ötən sutka Çinin materik hissəsində COVID-19 infeksiyasına 138 təsdiqlənmiş yoluxma halı, 78 asimptomik hal və virus səbəbindən bir ölüm qeydə alınıb.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Çində COVID-19 virusundan sonuncu dəfə ölüm halı 2020-ci il mayın 20-də qeydə alınmışdı.
Budəfəki ölüm halı hazırda virusun sürətlə yayıldığı Hebey vilayətində baş verib. Elə gündəlik yoluxma hallarının sayı da ilk dəfə ən böyük həddə çatıb.