İrəvanda etiraz mitinqi keçirilir
12-02-2021, 15:45
173

İrəvanda etiraz mitinqi keçirilir

İrəvanın Azadlıq meydanında “Vətənin qurtuluşu hərəkatının” lideri Vazgen Manukyanın təşəbbüsü ilə mitinq keçirilir.
Məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, fevralın 11-də hərəkatın Ermənistanın baş naziri postuna vahid namizədi Vazgen Manukyan ölkə əhalisinə bugünkü mitinqlə bağlı müaciətində deyib: “Biz göz görə-görə vətənimizi itiririk”.
Xatırladaq ki, fevralın 12-də keçirilən mitinq Nikol Paşinyanın istefasını tələb edir.

Oxşar xəbərlər