Qarabağ üzrə üçtərəfli işçi qrupun iclası keçirildi
12-02-2021, 20:17
198

Qarabağ üzrə üçtərəfli işçi qrupun iclası keçirildi

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun ikinci iclası keçirilib.
Bu barədə Ermənistan baş nazirinin müavini, işçi qrupdakı nümayəndə Mqer Qriqoryanın ofisindən bildirilib. Görüş videokonfrans formatında keçirilib.
İclasda baş nazirlərin müavinləri- Azərbaycandan Şahin Mustafayev, Ermənistandan Mqer Qriqoryan, Rusiyadan Aleksey Overçuk iştirak ediblər.
Danışıqlar zamanı təhlükəsizlik məsələləri, eləcə də bölgədəki kommunikasiyaların blokdan çıxarılması müzakirə olunub.

Oxşar xəbərlər