Rusiyada 14 mindən çox yeni yoluxma qeydə alındı
14-02-2021, 12:17
212

Rusiyada 14 mindən çox yeni yoluxma qeydə alındı

Rusiyada son sutka ərzində koronavirusa 14 185 yeni yoluxma halı qeydə alınıb.
“RİA Novosti” xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 071 883 nəfərə çatıb.
Rusiyada son sutkada 430 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 80 126 nəfərdir. İndiyə qədər 3 593 101 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Oxşar xəbərlər