Dünya
14-02-2021, 12:28
250
Yaponiyada yaralıların sayı 124 nəfərə çatdı
Ötən gün Yaponiyada baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 124 nəfərə çatıb.
Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Bildirilib ki, yaralıların çoxu Miyaqi və Fukusima prefekturalarının sakinləridir.
Xatırladaq ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,1 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 59 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub.