Dünya
15-02-2021, 13:48
186
Ukraynadan Azərbaycana müntəzəm aviareyslər bərpa edilir - Bu tarixdən
“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edir. Bu barədə aviaşirkətin internet səhifəsi məlumat yayıb. Məlumata görə, aviadaşıyıcı yay mövsümü ilə bağlı uçuş proqramını yeniləyib. Proqrama əsasən, martın 28-dən Ukrayna paytaxtından Azərbaycana, Gürcüstana (Tbilisi) və Ermənistana (İrəvan) uçuşlar bərpa olunacaq.
Bundan başqa, aviaşirkət Böyük Britaniya (London), Fransa (Paris), Almaniya (Münhen), İtaliya (Milan), İspaniya (Barselona), BƏƏ (Dubay), Misir (Qahirə) və Türkiyə (İstanbul) istiqamətlərində də aviareysləri bərpa edəcək.