Ermənistanda Müdafiə Nazirliyi önündə aksiya keçirildi
15-02-2021, 15:04
164

Ermənistanda Müdafiə Nazirliyi önündə aksiya keçirildi

Ermənistanda Müdafiə Nazirliyi önündə aksiya keçirilib.
Ermənistan KİV xəbər verir ki, son müharibədə iştirak edənlər veteran statusu və imtiyazlardan məhrum edildikləri üçün aksiya keçiriblər. Belə ki, onların hərbi biletləri və müharibədə iştirak haqqında qeydlər yoxdur.
Nazirlikdən aksiyaçılara bildirilib ki, bu məsələ hərbi komissarlığın səlahiyyətlərinə aiddir. Etirazçılar bundan sonra Səfərbərlik Xidmətinin qarşısında aksiya keçirmək üçün ərazini tərk ediblər.

Oxşar xəbərlər