Deputat Arman Abovyan: “Ermənistan heç kimdir!“
19-02-2021, 11:10
291

Deputat Arman Abovyan: “Ermənistan heç kimdir!“

Ermənistan parlamentinin deputatı, parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan ölkə hakimiyyətini sərt tənqid edib.
 Ermənistan KİV xəbər verir ki, Abovyan Qarabağ müharibəsindən sonra yaranmış yeni situasiyada Ermənistanın proseslərin subyekli deyil, obyektinə çevrildiyini deyib.
“Yeni yaranmış situaisyada region ölkələri mövqelərini format edir. Bəs Ermənistanın bu gedişatda yeri hardadır? Ermənistan sanki yoxdur, ondan heç kim heç nə soruşmur yaxud müzakirə etməyi lazım bilmir. Ermənistan heç kimdir!”.
Modern.az-ın yazdığına görə, deputat yalnız Rusiyanın Ermənistanın maraqlarını qoruduğunu söyləyib.
“Hajkim partiyadan anti-rus təbliğat eşitmək açığı gülməlidir. İnslar sadə həqiqəti anlamalıdır – regionda məsələləri ya Tetkiyə, ya da Rusiya həll edəcək. Başqa yol yoxdur və olmayacaq”.

Oxşar xəbərlər