Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb
27-02-2021, 14:09
168

Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb

Xarici KİV nümayəndələrinin Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri başlayıb.
Bakitv.az xəbər verir ki, əcnəbi jurnalistlər səfər zamanı işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə tanış olacaqlar.
Eyni zamanda KİV nümayəndələri bu rayonlarda elektrik şəbəkələrinin bərpası işlərinin gedişatını izləyəcəklər.
Həmçinin onlar Füzulidəki beynəlxalq hava limanının inşaat sahəsində və Füzulidən Şuşaya çəkilən Zəfər yolunda olacaqlar. (Report)

Oxşar xəbərlər