Dünya
1-03-2021, 12:25
189
Prezident Sarkisyan mitinq öncəsi ermənilərə müraciət etdi
Ermənistan prezidenti Armen Sarkisyan 1 mart 2008-ci il hadisələrinin növbəti ildönümü münasibətilə həmyerlilərinə müraciətində siyasi qüvvələri zərbələrdən və qeyri-sabitlikdən çəkindirməyə çağırıb.
Sarkisyan deyib ki, siyasi mübarizə qanuni çərçivədən kənara çıxmamalı, sarsıntılara və qeyri-sabitliyə yol verməməli, ziddiyyətlər dözümsüzlüyə, qarşılıqlı nifrət mühitinə, xüsusilə qarşıdurma və bölünməyə çevrilməməlidir.
Sarkisyanın sözlərinə görə, ölkənin birliyə və həmrəyliyə ehtiyacı var: "Xüsusilə bu gün konsolidasiya və tolerantlıq dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət daşıyır".
Bu gün Yerevanda iki mitinq planlaşdırılır. Müxalifət Baqramyan prospektində parlament binası qarşısında yerli vaxtla 18:00-da, Paşinyanın tərəfdarları - 18:30-da Respublika meydanında toplaşacaqlar. (Virtualaz.org)
Xatırladaq ki, 1 mart 2008-ci ildə Ermənistandakı müxalifət nümayişlərinin dağıdılması zamanı 10 nəfər ölmüşdü.