Dünya
2-03-2021, 12:32
188
Paşinyanın istefasını tələb edən jurnalist ÖLDÜ
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən jurnalist Sosi Xanikyan ölüb.
Bakıtv.az erməni KİV-ə istinadən xəbər verir ki, o, dünən müxalifətin etiraz aksiyasında iştirak edib və evə qayıdarkən avtomobil qəzasında dünyasını dəyişib.
Bildirək ki, uzun illər İctimai TV-də redaktor və ssenarist kimi çalışıb, bir sıra mahnıların sözlərinin, o cümlədən erməni müğənni Sevak Xanaqyanın səsləndirdiyi "Artsax" mahnısının müəllifidir. Qarabağ müharibəsi günlərində və müxalifətin mitinqlərində bu mahnı tez-tez səsləndirilirdi.
Hadisə ilə bağlı cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır.