İsveçdə körpə ana bətnində ikən koronavirusa yoluxdu
4-03-2021, 12:01
187

İsveçdə körpə ana bətnində ikən koronavirusa yoluxdu

İsveçin Malmö şəhərində COVID-19 əlamətləri ilə xəstəxanaya çatdırılan hamilə qadın dərhal əməliyyat olunub və uşaq sağ-salamat ana bətnindən çıxarılıb.
"Skane” hospitalında yeni doğulmuş körpədən alınan koronavirus testinin nəticəsi pozitiv çıxıb.
 
TASS xəstəxananın yaydığı press-relizə əsasən bildirir ki, həkimlər körpənin hələ ana bətnində ikən virusa yoluxduğunu təsbit ediblər.
Elmi araşdırmanın nəticələri "British Journal of Obstetrics & Gynaecology” jurnalında dərc olunub.

Oxşar xəbərlər