
Dünya
7-03-2021, 22:15
203
Suriyada partlayış nəticəsində ən azı 18 nəfər ölüb
Bu barədə "Al Ihbaria” telekanalı məlumat yayıb. Hadisə nəticəsində yaralananlar da olub. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Məlumata əsasən, partlayış Səlamiyə şəhərindən şərqdəki kənd ərazilərində iki avtobusun yol kənarında quraşdırılımış minalara düşməsi nəticəsində meydana gəlib.
Partlayışın İŞİD terrorçuları tərəfindən törədildiyi güman edilir.