Ermənistanda deputatlar parlament binasına girə bilmir?
10-03-2021, 15:30
155

Ermənistanda deputatlar parlament binasına girə bilmir?

Ermənistanda müxalifət parlamentin fəaliyyətini blok etmək üçün binanın bütün giriş və çıxışlrının canlı qüvvə ilə bağlanmasına çağırış edib.
Bakıtv.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hakim "Mənim addımım" blokunun deputatları müxalifətin bloklamasına baxmayaraq parlamentin fəaliyyətini davam etdirdiyini bildiriblər.
Qeyd edilir ki, hazırda deputatlar binaya əsas qapıdan girib-çıxa bilmirlər. Lakin təsərrüfat məqsədləri üçün nəzərdə tutulmuş arxa qapıdan parlamentə daxil olmaq mümkündür.

Oxşar xəbərlər