Qarabağa qayıdan ermənilər ümidsizdirlər...
12-03-2021, 20:44
191

Qarabağa qayıdan ermənilər ümidsizdirlər...

Müharibədən sonra Xankəndinə qayıdan erməni qadın Anaida Ayrapetyanın dedikləri real mənzərəni göstərir:
- Stepanakertə (Xankəndi) qayıdanda həyat donmuşdu, yalnız dekabrın 1-də işə çağırılanda bir qədər canlanma oldu, lakin insanların ümumiyyətlə əhval-ruhiyyəsi yoxdur, üstəlik hələ də qorxu ilə yaşayırıq;
- Küçələrdə çox az insan var, axşam 9-dan sora nəqliyyat işləmir, qaranlıq düşən kimi hər kəs evə gedir;
- Müharibədən sonra həm Ermənistanda, həm də Qarabağda yaşamaq bahalaşdı: qiymətlər dəhşətlidir, əvvəllər 550 dram olan yağ indi 1020-1100 dramdır, evsizlər çoxdur, bələdiyyənin qarşısında yardım almaq istəyənlərin növbəsi dəhşətlidir;
- İnsanlar heç nə etmək istəmir, hətta işləmək belə istəmirlər, ümidsiz haldadırlar, qeyri-müəyyənlik var;
- Əvvəllər kəndlərdə yaşayanlar torpaqda işləmək istəyirlər, amma işləmələri üçün torpaq varmı?!;
- Müharibə bitib, lakin yenidən başlaması haqda söz-söhbətlər gəzir, hətta müxtəlif tarixlər haqda da danışırlar: ayın 12-si, yaxud 16-sı və s;
- Rastlaşmamışam, amma Azərbaycan əsgərlərinin şəhərdə supermarketlərə gəldiyi haqda söhbətlər gəzir;
Ayrapetyanın sözləri Qarabağa qaytarılan ermənilərin burada yaşamaq istəmədiklərini göstərir. Onlar üçün həyat perspektivi yalnız Azərbaycan vətəndaşlığı altında yaşamaqdır, təbii ki, seçim özlərinindir: ya Azərbaycan vətəndaşı olaraq normal yaşayacaq ya da Ermənistana gedəcəklər.

Oxşar xəbərlər