Yunanıstanda güclü zəlzələ olub
12-03-2021, 22:54
192

Yunanıstanda güclü zəlzələ olub

Yunanıstanda 5,3 bal gücündə zəlzələ baş verib.
Bakıtv.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Afina Milli Observatoriyasının Geodinamika İnstitutu məlumat yayıb.
Zəlzələnin mərkəzi Fessaliya regionunda olub. Bir neçə gün əvvəl burada 6 bal gücündə iki dəfə zəlzələ qeydə alınmışdı.
Zərərçəkənlər və fəsadlar barədə hələ məlumat verilmir.

Oxşar xəbərlər