Daşnak siyasətçi Paşinyanı istefaya çağırdı
19-03-2021, 15:38
161

Daşnak siyasətçi Paşinyanı istefaya çağırdı

Ermənistanda müxalif Daşnaksütun Partiyasının funksioneri, "Vətənin xilası naminə hərəkat"ın üzvü İşxan Sağatelyan Nikol Paşinyanı istefaya çağırıb.
Bakıtv.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, İ.Sağatelyan Nikol Paşinyanın yerinə əvəzedici baş nazirin seçilməsini tələb edib.
"Bizim hərəkat öz fəaliyyətini davam etdirəcək. Erkən seçkilərə gəlincə, ola bilər ki, 20 iyunda seçki olmadı. Çünki bu hakimiyyət dəfələrlə növbədənkənar seçkilərdən danışıb, sonra vaz keçib. Olsa da, saxtakarlıqlar ola bilər", - deyə daşnak siyasətçi bildirib.

Oxşar xəbərlər