"S-400 məsələsi Türkiyə üçün bitdi" - Çavuşoğlu
24-03-2021, 19:09
183

"S-400 məsələsi Türkiyə üçün bitdi" - Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Brüsseldə yerləşən NATO qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü olub.
Çavuşoğlu görüşdən sonra ölkəsində mətbuat konfransı keçirib. O görüş zamanı toxunulan məsələlərdən danışıb.
Çavuşoğlu qeyd edib ki, Blinkenlə konstruktiv olaraq görüşüb: "Görüş zamanı S-400 məsələsinin Türkiyə üçün bitdiyini dedim. Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyimizi bildirdim. ABŞ dövlət katibi ilə Türkiyədə və ya ABŞ-da daha geniş tərkibdə görüşün keçiriləcəyinə dair razılığa gəldik”.

Oxşar xəbərlər