Bu barədə Ermənistan "Politik.am” nəşri hökumətdəki etibarlı mənbələrə istinadən yazıb.
Saytın məlumatına görə, hazırda İrəvanla Ankara arasında gizli danışıqlar davam edir:
"Ankara İrəvandan qondarma "erməni soyqırımı” ideyasından imtina etməyi tələb edib. Türklər bununla bağlı Ermənistan tərəfinə bütün arxiv məlumatlarını təqdim etməyə hazırdırlar. Ankara əminliklə bildirir ki, təqdim olunan bu faklara əsasən əksər insanların şüurunda illərdir kök salan o illərin saxta məlumatları fiaskoya uğrayacaq.
Türkiyənin bu tələbinə İrəvanın razılıq verməyə hazır olduğu bildirilir. Ermənistan tərəfi öz növbəsində iki ölkə arasında sərhədlərin açılma istəyini dilə gətirib”.