“Uzun illər maskadan istifadə edəcəyik“ - Türkiyəli həkim
29-03-2021, 17:00
163

“Uzun illər maskadan istifadə edəcəyik“ - Türkiyəli həkim

Bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasında maskalar həyatımızın ayrılmaz bir hissəsinə çevrildi.
Türkiyəli mütəxəssis Rıdvan Karaali daha uzun illər maska taxmalı olduğumuzu bildirib:
“Vaksinasiya müəyyən mərhələyə çatmadan maskasız bir həyata dönə bilmərik. 2021-ci il də ötən ilki kimi davam edəcək. Artıq dünyada üçüncü dalğa başlayıb. Sadəcə bizim ölkəmizdə deyil, bütün dünyada vaksinasiya müəyyən mərhələyə çatana kimi qorunma tədbirlərinə davam etməliyik. Pandemiyadan sonra belə cəmiyyətdə müəyyən bir qrup insanlar ictimai yerlərdə maska taxmağa davam edəcək”.

Oxşar xəbərlər