Dünya
30-03-2021, 11:06
173
Kəbədə Ramazan hazırlıqları tamamlandı
Səudiyyə Ərəbistanında Kəbə və Məscid-i Nəbəvidə Ramazan üçün hazırlıqlar koronavirus epidemiyası çərçivəsində tamamlanıb.
Yerli media əvvəllər epidemiya daxilində həyata keçirilən tədbirlərin eyni şəkildə davam edəcəyini açıqlayıb. Həmçinin Ramazan ayında Təravih namazlarının 20 əvəzinə 10 rükət qılınacağı bildirilib. Digər tərəfdən Kəbədəki Mətaf bölgəsinin yalnız təvaf üçün açıq olacağı və bu ərazidə namaz qılınmayacağı diqqətə çatdırılıb. Bundan əlavə, yaşlıların və əlillərin onlara ayrılan yerdə namaz qılacağı qeyd edilib.
Bildirək ki, Səudiyyə Ərəbistanında açıqlanan son məlumatlara görə, 388 866 nəfərdə koronavirus faktı aşkarlanıb. Ölkədə 6 656 nəfər virusdan ölüb. Hazırda aktiv virus daşıyıcılarının sayı 4 906-dır.