Dünya
2-04-2021, 14:30
168
Ermənistanda daha bir nazir istefa verdi
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Akop Arşakyan istefa verib.
Ermənistan mediası xəbər verir ki, istefanın siyasi səbəblərdən ola biləcəyi vurğulansa da bir sıra məqamlar xüsusilə diqqət çəkir.
Belə ki, Arşakyanın istefasını əsasən fevral ayında Abu-Dabi şəhərində təşkil olun İDEX hərbi-sənaye sərgisində Ermənistan pavilyonunun boş olması ilə əlaqələndirirlər. Həmin sərgidə Ermənistanın böyük pavilyonu yaradılsa da bu ölkədən heç bir silah və ya texnologiya təqdim edilməmişdi, yalnız bukletlər səviyyəsində təqdimatlar olmuşdu. Erməni ekspertlərin də iddia etdiyi kimi, büdcədən vəsaitlər ayrılsa da dövlət idarəetməsinin "bardak" olması səbəbindən hərbi texnika və texnologiyalar Abu-Dabiyə gedib çata bilməyib.
İstefanın digər səbəbi olaraq A.Arşakyanın ötən günlərdə bir jurnalistə fiziki təzyiq göstərməsi, media mənsubunun noutbukunu sındırması göstərilir. Sonradan nazir bununla bağlı üzrxahlıq etmişdi