Dünya
2-04-2021, 16:21
150
Uşağın alnına 2 yazan müəllim işdən qovuldu
Başqırdıstanın Kumertau şəhərində qalmaqallı hadisə baş verib.
İbtidai sinif müəlliməsi dərsə hazırlıqlı olmayan və dərsboyu nadinclik edən şagirdə 2 yazmaqla cəzalandırmaq istəyib.
Şagird gündəliyinin də evdə qaldığını deyəndə müəllim 2-ni uşağın alnına yazıb. Sinfin gülüş hədəfinə çevrilən şagirdin valideynləri hay-küy qaldırıb və müəllimdən şikayət ediblər.
2 gün sonra həmin müəllim məktəbdən çıxarılıb.