Anasını çəkiclə öldürüb, cəsədini evdə gizlətdi
13-04-2021, 12:32
171

Anasını çəkiclə öldürüb, cəsədini evdə gizlətdi

İstanbulda dəhşətli cinayət hadisəsi baş verib.  
Türkiyə KİV xəbər verir ki, gənc oğlan anasını çəkiclə başından vuraraq  öldürüb.  Daha sonra oğlan anasını cəsədini evdə gizlədib. O, anasını  axtaran yaxınlarına isə  onun  itkin düşdüyünü və polisə  məlumat verdiyini  bildirib.
Bir müddt sonra gənc evdə əyləncə təşkil edərək, dostlarını  dəvət edib.   Oğul anasının cəsədi qoxuduğu üçün ona çoxlu ətir vurub.  Lakin dostlar evdən qəribə  qoxu gəldiyini  dilə gətiriblər.  Bundan sonra gəncin  cinayətinin üstü açılıb. 
Hadisə yerinə çox sayda polis cəlb olunub.  Gənc saxlanılaraq, polis bölməsinə aparılıb. Onun barəsində qətimkan tədbiri seçilib. 

Oxşar xəbərlər