İrəvanda avtobusda maskaya görə qətl
14-04-2021, 21:17
202

İrəvanda avtobusda maskaya görə qətl

İrəvanda ictimai nəqliyyatda tibbi maskaya görə baş vermiş münaqişə zəmnində qətl hadisəsi törədilib.
Bu barədə “Shamshyan.com” saytı məlumat verib.
Saat 11:30 radələrində İrəvan polisinə maşrutda cəsəd aşkarlanması ilə bağlı məlumat daxil olub. İnsident bir sərnişinin digərindən maska taxmasını tələb etməsindən sonra baş verib. Nəticədə, sərnişinlərdən biri digərinin sinəsinə bıçaq zərbəsi endirərək oradan qaçıb. Yaralanan şəxs hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başladılıb. Cinayətkarın və cinayət silahının aşkarlanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar xəbərlər